Modern.az

Paşinyan Qarabağ separatçılarının liderinin istefasını istəyir

Paşinyan Qarabağ separatçılarının liderinin istefasını istəyir

Qarabağ

15 Fevral 2019, 11:51

“Qarabağda yaradılmış qondarma rejimin "prezidenti” Bako Saakyan istefa verə bilər.

 

Modern.az Ermənistanın “Jamanak” qəzetinə istinadən xəbər verir ki, Nikol Paşinyan hakimiyyəti Saakayanın istefasını istəyir.

Qondarma quruluşda prezident və parlament seçkilərinin 2020-ci ilin mart ayında olacağını nəzərə alaraq, Yerevan istefanın may ayına kimi gerçəkləşməsini istəyir. Bu halda, yeni "lider" növbəti il üçün parlament seçkilərinə də hazır ola bilər.

 

Xatırladaq ki, Ermənistan hakimiyyəti separatçıların lider rolunda keçmiş “baş nazir” Ara Arutunyanı görür.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı