Modern.az

Baş naziri vuran şəxs ondan üzr istəyib

Baş naziri vuran şəxs ondan üzr istəyib

15 Dekabr 2009, 09:49

Milan şəhərində siyasi yürüşdən sonra avtoqraflar paylayarkən hücuma məruz qalan İtaliyanın baş naziri Silvio Berluskoninin xəsarət aldığı barədə məlumat verilib. Xatırladaq ki, 42 yaşlı Massimo Tartalia yaxın məsafədən Milan kilsəsinin bərk suvenir modeli ilə baş nazirə zərbə endirmişdi. Nəticədə Berluskoninin burnu sınıb, sifətində isə bir neçə kəsik yaralar əmələ gəlib.

Modern.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, hazırda xüsusi həbsxanada saxlanılan və ruhi xəstə olduğu güman edilən Massimo Tartalia ötən gecə üzrxahlıq məktubu yazıb. O, baş nazir Silvio Berluskoniyə hücum etməkdən peşiman olduğunu və üzr istədiyini yazıb. Massimo Tartalia vəkili vasitəsilə bəyan edib ki, onun hərəkəti anlaqsızlıq üzündən baş verib və buna görə özünü əclaf adlandırıb. Baş naziri Silvio Berluskoninin isə hələlik həmin məktubla tanış olmadığı bildirilir.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı