Modern.az

Almaniya Qarabağ separatçılarına silah satıb? - FOTO

Almaniya Qarabağ separatçılarına silah satıb? - FOTO

18 Fevral 2019, 16:05

Azərbaycan ərazilərində qanunsuz olaraq yerləşən Ermənistan ordusunun hərbi hissələri Almaniyaya məxsus snayper tüfəngləri ilə təchiz olunub.

 

Modern.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan fotolarda Qarabağ ərazisindəki erməni hərbi birləşmələrinin mövqelərində Almaniyanın “Heckler and Koch” şirkətinin istehsalı olan Koch HK G28 yarımavtomatik snayperlərinin olduğu görünür.  Bu snayper tüfənglərinin işğal altındakı ərazilərdə sayı barədə dəqiq məlumat yoxdur.

 

Xatırladaq ki, HK G28 snayper tüfəngləri 800 metr məsafəyə qədər hədəfləri dəqiq vurur. Optik nişangahı, teleskopik tənzimləyicisi olan bu silah pulemyot, minomyot və artilleriya vasitələri kimi daha iri çaplı vasitələr istifadə olunmadan etibarlı müdafiə sistemi qura bilir.

   

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər