Modern.az

“Bəziləri islahatları öz adlarına çıxırlar” - Siyavuş Novruzov onları İTTİHAM ETDİ  

“Bəziləri islahatları öz adlarına çıxırlar” - Siyavuş Novruzov onları İTTİHAM ETDİ  

19 Fevral 2019, 12:54

“Bəzi insanlar ölkə başçısı tərfindən həyata keçirilən addımları öz adlarına çıxırlar. Həmin şəxslər xalqı aldatmaq üçün bu addımları atırlar”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib:

“Bilirsiniz ki, cənab Prezident seçildiyi gündən islahatların keçiriləcəyini bəyan etmişdi. Ayrı-ayrı sahələrdə insanların təminatı ilə bağlı proqrmlar hazırlanmışdı. Lakin bəziləri ucuz düşüncəli tərzdə insanları aldatmaq, ölkə başçısının atdığı addımları öz adlarına çıxmaq istəyirlər. Bu onların naşılığıdır. Hansı ki, həmin insanlar vaxtilə büdcəni talamaqla məşğul idilər”.


Ötən gün ölkə başçısının iştirakı ilə Sumqayıtda zavodun açılış mərasimin keçirildiyini xatırladan S.Novruzov bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində yerlərdə emal müəssiələri açılır, çox böyük proqramlar, vergidə, gömrükdə islahatlar həyata keçirilir:

“Vətəndaşlar bu atılan addımları müsbət qarşılayır. Bu addımlar kiminsə yürüş, piket keçirməsinin nəticəsi deyil. Həmin şəxslər əksinə, bu layihələrin həyata keçirilməsini istəmirlər”.

 

Mail Ağaxanov

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi