Modern.az

Bir şəklin tarixçəsi: Elçibəy niyə özünün deyil, jurnalistin maşınında gəzirdi?..  

Bir şəklin tarixçəsi: Elçibəy niyə özünün deyil, jurnalistin maşınında gəzirdi?..   

20 Fevral 2019, 09:35

Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi bu şəkil 90-cı illəri yada salır.

Zaman 1997-ci ilin sonları, məkan Bakı şəhəri…

1993-cü ildə Surət Hüseynovun Gəncə qiyamından sonra Naxçıvanın Kələki kəndinə getməyə məcbur olmuş eks-prezident 4 illik ayrılıqdan sonra Bakıya qayıdıb …

Şəkil keçmiş jurnalist Şahin Nəcəfovun arxivindəndir. O, şəklin qısa tarixçəsi haqda danışarkən qeyd edib ki, burada Əbülfəz Elçibəyin əyləşdiyi maşın eks-prezidentə məxsus deyil. Yeri gəlmişkən, Şahin Nəcəfov həmin illərdə ADP-nin mətbuat katibi işləyirdi.

Şahin Nəcəfov:

“Böyük lider Əbülfəz Elçibəy Kələkidən Bakıya qayətdıqdan bir müddət sonra yol polisi təxribat edərək, Bəyin maşınını saxlayıb, cərimə meydançasına aparmışdı. O zaman çox adam Bəyə öz maşınını təklif etmişdi. Ancaq Əbülfəz bəy mənim “Volvo”mdan istifadəyə razılaşdı. Yeni maşın alınana kimi Elçibəyin xidmətində bu “Volvo”dan istifadə edildi.
Bu foto mənə həm də ona görə qiymətlidir ki, mərhum Əbülfəz Elçibəyi və çox dəyərli dostlarımızı - Əli Mürsəloğlunu, Tofiq Türkeli, Mərdan bəyi, Zirəddin bəyi, Xəlil bəyi (Elçibəyin sürücüsü) bir daha xatırlatdı".



A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub