Modern.az

Deputatın kitabının Türkiyə türkcəsindəki tanıtımı olub

Deputatın kitabının Türkiyə türkcəsindəki tanıtımı olub

6 Dekabr 2011, 15:52

Türkiyənin  Kocaeli şəhərində  keçirilən konfrans çərçivəsində millət vəkili Qənirə Paşayeva və sabiq millət vəkili Havva Məmmədovanın həmmüəllifi olduqları “Xocalı Soyqırımı: Şahidlərin dilindən”, həmçinin,Qənirə Paşayevanın “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı ilə həmmüəllifi olduqları “Ermənilərin törətdiyi soyqırımın qurbanı-Bağanıs Ayrım” kitablarının Türkiyə türkcəsindəki  tanıtımı olub və tədbir iştirakçılarına paylanılıb. Konfrans çərçivəsində millət vəkili Qənirə Paşayevaya  Azərbaycan və Türkiyə arasında tarixin hər dövründə mövcud olan dostluq, qardaşlıq bağlarının qüvvətləndirilməsi və münasibətlərin inkişafı istiqamətində fəaliyyətinə görə mükafatlandırılıb.
Qənirə Paşayeva  Kocaelidə  Türkiyə Böyük Millət Məclisinin  üzvləri Şuay Alpay, Yusuf Halaçoğlu, Əli Özgündüz, Azize Sibel Gönüllə yanaşı, Kocaeli valisi, Türk dünyası ilə çalışan bir sıra qeyri-hökumət təşkilatlarının rəhbərləri ilə də görüşüb və fikir mübadiləsi aparılıb. Millət vəkili həmçinin bu şəhərdə təhsil alan bir sıra tələbələr və bu şəhərdə yaşayan bir qrup azərbaycanlı ilə də görüşüb. 
Tələbələrlə görüşdə millət vəkili türk gənclərini Azərbaycan həqiqətlərinin  təbliği,  erməni yalanlarının qarşısının alınması istiqamətində daha fəal olmağa çağırıb.

Tələbə təşkilatları rəhbərlərinin millət vəkilindən Azərbaycan həqiqətlərinə dair materiallar, kitablar, sənədli filmlərlə bağlı xahişini  Qənirə Paşayeva müsbət cavablandırıb və onlara bu istiqamətdə kömək edəcəyinə söz verib.  




Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi