Modern.az

“Gecə-gündüz xəbər axtarışındayıq” - Metbuat.az 2 yaşını qeyd edir  

“Gecə-gündüz xəbər axtarışındayıq” - Metbuat.az 2 yaşını qeyd edir   

Media

21 Fevral 2019, 10:47

Bu gün Azərbaycanın elektron informasiya məkanında özünəməxsus dəst-xətti ilə fərqlənən Metbuat.az xəbər saytının təsis edilməsindən 2 il keçir.

Saytın baş redaktoru Tural İsmayılov ad günü ilə bağlı təəssüratlarını Modern.az-la bölüşüb:


“Saytımızın qısa müddətdə media cameəsində öz layiqli yerini tutmasının başlıca səbəbi hadisələri obyektiv və operativ işıqlandırmağa çalışmağımızdır. Hər zaman məlumatları dərc edərkən qarşı tərəfin də mövqeyini öyrənib, jurnalistikanın prinsiplərinə uyğun addımlar atırıq.

Kollektivimiz gəncdir. Buna görə də daim yeniliklər düşünür, tam enerji ilə fəaliyyət göstərməyə can atırlar. Əzmkarlığı ilə seçilən gənc əməkdaşlarımız öz sahələrinə uyğun layihələri ən yaxşı şəkildə icra edirlər. Onların işinə hörmətlə yanaşması, jurnalistikanın prinsiplərinə uyğun şəkildə, öz vəzifələrinin öhdəsindən gəlməsi, xəbərləri operativ və dəqiq işıqlandırması bizim fəaliyyətimizin başlıca özəlliyidir.

Onu da qeyd edim ki, gənc əməkdaşlarımız işin çoxluğundan narazılıq ifadə etmir, yorulmurlar. Öz işlərinə həvəslə yanaşırlar. Məsələn, jurnalistləri hansısa tədbirə göndərəndə oradan maraqlı materialları üzə çıxarmadan, qısa müddətdə onu sayta təqdim etmədən işlərini yarımçıq görmüş hesab edirlər. Gecə-gündüz xəbər axtarışında olan Metbuat.az kollektivi öz sahələri üzrə yeni məlumatları işıqlandıra bilirlər. Hətta asudə vaxtlarında belə Metbuat.az üçün əllərindən gələn nələrsə etməyə çalışırlar”.

Gənc baş redaktor Metbuat.az-ın gələcək planlarından da danışıb:

“Gələcək uğurlarımızın davamlı olması üçün ilk növbədə kollektivimizi böyütməyi, yeni layihələr düşünüb, reallaşdırmaqla, daha çox nailiyyətlərə imza atmağı qarşımıza məqsəd qoymuşuq. Saytımız Mətbuat Şurasının da üzvüdür. Daha yaxşı və əhəmiyyətli işlər görməyə çalışırıq. Hələ istədiklərimizə tam nail ola bilməmişik”.


Modern.az saytı Metbuat.az kollektivini təbrik edir, onlara bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayır.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir