Türkiyədə “Kral” TV kanalı “Türkiyəni 2012-ci ildə “Eurovision”da kim təmsil etməli?” adlı telesorğu keçirib. Modern.az-ın məlumatına görə, 50 min adamın qatıldığı səsvermə nəticəsində səsi və görkəmiylə böyük maraq dairəsində olan müğənni Atiyə 1-ci yeri tutub. O, səsverənlərin 31 faizinin rəğbətini qazanıb.
28 faiz səslə ikinciliyi Murad Boz, 27 faiz səslə üçüncülüyü Hande Yener əldə edib.
Dördüncü yeri 8 faiz səs qazanan Əmrə Aydın, beşinci yeri 6 fazi səs əldə edən Sagopa Kajmer tutub.
Modern.az