Modern.az

20 Yanvar faciəsinin 20-ci ildönümü ilə bağlı tədbirlər təsdiqlənib

20 Yanvar faciəsinin 20-ci ildönümü ilə bağlı tədbirlər təsdiqlənib

15 Dekabr 2009, 13:22

Prezident Administrasiyası rəhbərinin sərəncamı ilə “20 Yanvar faciəsinin iyirminci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” təsdiq edilib. Modern.az-ın məlumatına görə, sənəddə respublikanın şəhər və rayonlarında, o cümlədən idarə və təşkilatlarda faciənin ildönümünə həsr olunmuş tədbirlərin - konfrans, yığıncaq və mühazirələrin keçirilməsi, bu tədbirlərin mətbuatda ətraflı işıqlandırılması, dünyanın aparıcı KİV-lərində, eləcə də televiziya kanallarında və internet şəbəkələrində Qanlı 20 Yanvar barədə materiallara geniş yer verilməsi nəzərdə tutulub.

Tədbirlər planına əsasən, dünya ictimaiyyətinin diqqətini yenidən qanlı yanvar faciəsinə yönəltmək üçün Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri, Azərbaycan icmaları tərəfindən müvafiq tədbirlər həyata keçiriləcək.

20 Yanvar hadisələri zamanı şəhid olanların ailələrinə humanitar yardım veriləcək, Şəhidlər xiyabanı ərazisində təmizlik-abadlıq işləri aparılacaq, bütün tədris müəssisələrində yanvarın 19-da faciəyə həsr olunmuş xüsusi dərs keçiləcək.

Yanvarın 20-də Bakı vaxtı ilə saat 12.00-da ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, gəmilər, avtomobillər və qatarlar səs siqnalları verəcək.

Respublikanın şəhər və rayonlarında da müvafiq tədbirlər planı qəbul olunmuş və icrasına başlanıılb.

Həmin gün ölkə ərazisində matəm əlaməti olaraq Azərbaycanın dövlət bayraqları endiriləcək.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi