Modern.az

Ata, Brüsselə gedirəm

Ata, Brüsselə gedirəm

23 Fevral 2019, 13:10

Qonşum Araz müəllimin oğlu Rəşadı körpəlikdən tanıyıram. Ağlı, sakit, səmimi  davranışı, tərbiyəsi, təhsilə münasibəti ilə həyətdə kiçikdən böyüyə hər kəsin hörmətini qazanmışdı. Orta məktəbi bitirdikdən sonra testdən yüksək bal toplayaraq İqtisad Universitetinə qəbul olundu və ali məktəbin bakalavr pilləsini  də uğurla bitirdi. Elə həmin il də sənədlərini İtaliyanın nüfuzlu Universitetlərindən birinə verdi  və mağistranturaya qəbul olundu...

   
Bu günlərdə həyətdə Araz müəllimlə söhbət edərkən onun telefonuna zəng gəldi. Oğlu Rəşad idi. Ata-oğul xeyli danışdılar. Arada Araz müəllimin “Lap yaxşı edirsən”, “Mütləq get”, “ Çalış tələbə dostların da getsin”- cümlələri telefon zənginə istər-istəməz məndə də  maraq oyatdı. Araz müəllim bir qədər, həyəcan  qarışıq qürur hissi ilə dedi: “Rəşaddır, deyir, ata, Brüsselə  Xocalı mitinqinə gedirəm. Narahat olmayın, hamıya salam deyin”. Bəli, Rəşad Azərbaycan həqiqətlərini, Xocalı soyqırımını, erməni vəhşiliyini dünyaya çatdırmaq üçün təşkil edilən mitinqə qoşulmaq, səsini milyonların səsinə qatmaq üçün bu Brüsselə yola düşüb. Əhsən Rəşad, qoy Azərbaycan, Qarabağ  naminə səsin, sorağın daha böyük tribunalardan gəlsin!

Həmid Xan

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi