Modern.az

Xocalı soyqırımının “memar”larından birinə Rusiyada abidə qoyulub - TƏXRİBAT

Xocalı soyqırımının “memar”larından birinə Rusiyada abidə qoyulub - TƏXRİBAT

25 Fevral 2019, 15:02

Sabah Azərbaycan xalqı Xocalı soyqırımının 27-ci ildönümünü qeyd edəcək. 613 günahsız insanın amansız qətli, minlərlə insanın yurd-yuvalarından didərgin düşməsi ilə nəticələnən bu dəhşətli cinayətin təşkilatçıları və iştirakçıları təəssüf ki, hələ də məsuliyyətə cəlb edilməyiblər.

 

Bu cinayətin əsas iştirakçılarından biri Qarabağdakı erməni hərbi birləşmələrinin artilleriya briqadasıənda rəhbərlik etmiş general-leytenant Xristofor İvanyandır.

Modern.az xəbər verir ki, yüzlərlə günahsız insanın ölümünə səbəb olan əməliyyatlara rəhbərlik etmiş generalın soyadı erməni işğalçıları tərəfindən Xocalıya yeni ad kimi verilib.

Təəssüf doğuran faktlardan biri də ondan ibarətdir ki, Rusiyanın Sankt-Peterburq şəhərində dəfn edilmiş İvanyanın qəbirüstü abidəsində “Герой Арцаха” ("Artsaxın qəhrəmanı") sözləri yazılıb.

 

Üçüncü ölkənin ərazisində separatizmi təbliğ edən qəbirüstü yazının yerləşdirilməsi təbii ki, heç bir qanun çərçivəsinə sığmır. Həmin ifadənin qəbirüstü abidədən götürülməsi üçün Sankt-Peterburqdakı azərbaycanlı icmasının, həmçinin, Azərbaycanın bu şəhərdəki konsulluğunun məsələyə qarışması məqsədəuyğun olardı.   

 

Xatırladaq ki, Xristofor İvanyan 1920-ci ildə Tbilisidə andan olub. 1992-ci ildə Sankt-Peterburqdan Dağlıq Qarabağa gələrək artilleriya qüvvələrinin komandiri kimi Azərbaycana təcavüzdə iştirak edib. 1997-ci ildə yaşadığı Sankt-Peterburqa dönən İvanyan 1999-cu ildə orada ölüb və dəfn olunub.  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu