Modern.az

Xocalı - “Serebrenitsa anaları” - Göz yaşı qohumluğu - VİDEO

Xocalı - “Serebrenitsa anaları” - Göz yaşı qohumluğu - VİDEO

Reportaj

26 Fevral 2019, 10:31

İki gün öncə Milli Məclisin deputatı, Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev və Parlament Jurnalistləri Birliyinin təşəbbüsü ilə "Srebrenitsa Anaları" Hərəkatının rəhbəri və üzvləri Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə paytaxtımızda oldular.

 

1995-ci il faciəsində bütün yaxınlarını itirən boşnak anaların Xocalı soyqırımının dəhşətləri haqqında eşitdikcə, gözlərindəki və ruhundakı ağrının nə dərəcədə oxşar olduğunun fərqinə varırdılar.

 

Bu, əslində, göz yaşı içində görüş idi. Balasız analar, anasız balalarla illərdir, öz ruhlarını, ürəklərini qoyduqları bir məkanda – Göz yaşının içərisində görüşdülər.

 

Onları Bakıda görüşdükləri insanlarla–şəhid ailələri, övladları, Xocalı soyqırımında hər iki valideynini itirən “25”lərlə də qan deyil, göz yaşı qohumluğu birləşdirirdi.

 

Sən demə, göz yaşı qohumluğu insanları bir-birinə qan qohumluğundan da daha sıx birləşdirirmiş....

 

Modern.az “Serebrenitsa anaları”nın Bakı səfəri və görüşləri ilə bağlı hazırladığı videomaterialı təqdim edir.

Qeyd  edək ki, bütün işlər “Xocalıya ədalət”  kampaniyası çərçivəsində həyəta keçirilib:

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?