Modern.az

Universitetlərdə təqaüdləri kəsilən tələbələr var - SƏBƏB  

Universitetlərdə təqaüdləri kəsilən tələbələr var - SƏBƏB   

Təhsil

27 Fevral 2019, 13:09

Ötən həftədən ali məktəblərdə 2018/2019-cu tədris ilinin ikinci semestri başlayıb. Yanvar ayında imtahanları başa vuran tələbələr 15 günlük istirahətdən sonra yenidən dərslərə qayıdıblar. Amma payız semestr imtahanlarından üzüağ çıxmayanlar da olub. Hansısa fəndən kəsrə düşən, istədiyi qiyməti ala bilməyərək təqaüddən əli üzülən, hətta köçürməyə cəhd edərkən imtahandan kənarlaşdırılan tələbələr var.

2018-2019-cu tədris ilininin payız semestrinin yekunu haqqında Modern.az-a danışan Azərbaycan Dillər Universitetinin mətbuat katibi Ağa Cəfərli bu ali məktəbdə imtahanların müvafiq təlimatlara, əsasnamələrə uyğun keçirildiyini vurğulayıb. O xatırladıb ki, universitetin rektoru, akademik Kamal Abdulla müvafiq əmr imzalamışdı:

“Əmrdə qeyd olunurdu ki, imtahanlararası müddət minimum 2 gün, imtahanlara ayrılmış vaxt 3 saatdır. Göstərilən qaydalara uyğun imtahanlar baş tutdu. İmtahan prosesinin gedişini valideynlər də müşahidə edə bildilər. Mediatur təşkil olundu, baş redaktorlar, jurnalistlər imtahan prosesini izlədilər. Tələbələrin apellyasiya şikayəti bir imtahandan növbəti imtahana qədər araşdırıldı, müvafiq qərar qəbul olundu”.


Ağa Cəfərlinin sözlərinə görə, bu semestrdə kəsrli tələbələrin sayı əvvəlki semestrlərlə müqayisədə az olub:

“Bu isə düşünürəm ki, imtahan prosesinin daha şəffaf qaydada aparılması ilə bağlıdır. ADU-nun “Təhsil” fakültəsində digər fakültələrə nisbətdə daha çox tələbə oxuyur. Ona görə, bu fakültəsinin nəticələri də daha yüksək olub”.


Azərbaycan İqtisad Universitetindən (UNEC) də cavab ala bildik. Universitetdən Modern.az-a verilən məlumata görə, qış imtahanlarında UNEC tələbələrindən də kəsilənlər olub:

“Kəsilən tələbələrin konkret sayı, 2018/2019-cu tədris ilinin payız semestr imtahanlarının hesabatı yaxın müddətdə açıqlanacaq. Ümumi qiymətləndirməyə görə, bakalavr pilləsi üzrə 11.746 tələbə imtahanlarda iştirak edib.

9647 tələbə imtahanları müvəffəqiyyətlə başa vurub. 2099 tələbənin isə akademik borcu yaranıb. Universitet üzrə müsbət qiymət alan tələbələr 82 % təşkil edib. Ən yüksək göstərici Beynəlxalq İqtisadiyyat Məktəbində (95%) qeydə alınıb”.

Universitetdən bildirilib ki, artıq kəsilən tələbələr alt qruplara yazılıblar və kəsr aldıqları fənləri yenidən oxuyub, imtahan verəcəklər:

“Onu da qeyd edək ki, keçən illə müqayisədə kəsiri olan tələbələrin sayı xeyli azalıb. Kəsri olan tələbə avtomatik təqaüddən də azad edilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir