Modern.az

Goranboyda  orta məktəbə çox aşağı nəticə göstərən direktor təyinatına RƏSMİ CAVAB –  FOTO

Goranboyda  orta məktəbə çox aşağı nəticə göstərən direktor təyinatına RƏSMİ CAVAB –  FOTO

1 Mart 2019, 22:57

Sosial şəbəkələrdə Balakürd kənd tam orta məktəbindəaşağı bal toplayan bir müəllimin direktor işləməsi ilə bağlı məlumatlar yayılıb.

Modern.az xəbər verir ki, məlumata görə, Şamama Məmmədova 2018-ci ildə direktorların işə qəbul imtahanında iştirak edərək 13 bal toplasa da, Balakürd kənd K. Alışanov adına tam orta məktəbə direktor təyin olunub.

Keçid balını toplaya bilməyən birinin məktəbi idarə etməsi isə müzakirələrə səbəb olub.

 

Sosial şəbəkədə bu məlumatları özündə əks etdirən fotonu təqdim edirik:

 

AzEdu.az məsələyə aydınlıq gətirmək üçün Goranboy  Rayon Təhsil Şöbəsi ilə əlaqə saxlayıb.

 

Kadrlar şöbəsinin əməkdaşı Zaur Məmmədli bildirib ki, bir şəxsin 13 balla direktor təyin olunması mümkün deyil. Şamama xanım isə o məktəbin rəsmi direktoru deyil:

 

“Sadəcə, 3 ildir ki, direktor vəzifəsinin səlahiyyətlərini icra edir. Balakürd kənd orta məktəbində direktor vəzifəsi hazırda vakant kimi göstərilir. Demokratik yolla kim təyinat alsa, vəzifəni də o icra edəcək.

 

Şamama xanımın direktorluq etdiyi müddətdə məktəbdəki irəliləyişlər, nailiyyətlər göz qabağındadır. Bu məlumatı onu sevməyən insanlar yayır”.

 

Qeyd edək ki, məlumata görə, Şamam Məmmədova 2017-ci ildə diaqnostik qiymətləndirmədə iştirak edərək 16, 2018-ci ildə isə direktorların işə qəbul imtahanında iştirak edərək 13 bal toplayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu