Modern.az

Cəfər Cabbarlının ev muzeyi ilə bağlı AYB hərəkətə keçdi – Nazirliyə müraciət ünvanlandı

Cəfər Cabbarlının ev muzeyi ilə bağlı AYB hərəkətə keçdi – Nazirliyə müraciət ünvanlandı

Ədəbi̇yyat

3 Mart 2019, 13:04

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı və dramaturq Cəfər Cabbarlının Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 44/48 ünvanında yerləşən ev muzeyinin söküləcəyi yerində çoxmərtəbəli bina inşa ediləcəyi barədə informasiya yayılıb.  Artıq tikinti şirkəti ilə alqı-satqı müqaviləsinin də imzalandığı bildirilir.

 

Modern.az saytı məsələ ilə bağlı Azərbaycan Yazıçılar Birliyinə müraciət edib.

 

AYB-nin mətbuat katibi Xəyal Rza saytımıza açıqlamasında Cəfər Cabbarlının ev muzeyi ilə bağlı rəsmi müraciət edildiyini bildirib.

 

“Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi artıq Mədəniyyət Nazirliyinə məsələ ilə bağlı müraciət ünvanlayıb. Qeyd edim ki, təkcə AYB sədri Anar müəllim deyil, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəylinin imzası ilə də rəsmi müraciət cənab nazir Əbülfəz Qarayevə göndərilib. Biz bundan çox təəssüf hissi keçiririk. Əgər yayılan məlumatlar doğrudursa, birmənalı şəkildə bunun qarşısı alınmalıdır”

 

Mədəniyyət Nazirliyinin muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin rəhbəri Azadə Hüseynova bir neçə gün əvvəl  nazirlikdə ev muzeyinin təmir işləri ilə bağlı məsələyəbaxıldığını, yazıçının bu ay qeyd ediləcək 120 illik yubileyinə kimi işlərin yekunlaşacağını söyləmişdi. Lakin indi nazirlik etiraf edir ki, ev muzeyi özəl şirkətə satılıb və söküləcək, yerində çoxmərtəbəli bina tikiləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir