Modern.az

Tahir İmanov: “Cənab prezidentin bir sözünü kimsə iki edə bilməz”

Tahir İmanov: “Cənab prezidentin bir sözünü kimsə iki edə bilməz”

3 Mart 2019, 14:00

“İncəsənət xadimlərinin cənab prezidentlə  birgə keçirdiyi  gün çox şərəfli gün idi. Demək istədiklərimin hamısını  cənab prezidentlə görüşdə dedim. Ona görə də açıqlamalara heç bir əlavəm yoxdur”.

 

Bunu Modern.az-a açıqlamasında "Planet Parni iz Baku" KVN teatrının bədii rəhbəri, əməkdar artist Tahir İmanov prezident İlham Əliyevlə incəsənət xadimlərinin görüşü barədə danışarkən deyib.

 

2015-ci ildən efirlərə çıxmaq qadağası qoyulan İmanov qardaşlarına prezidentlə görüşdən sonra yeni hər hansı zəng olmayıb.

 

“Cənab prezidentlə görüşdən sonra  hələ  ki heç bir zəng olmayıb. Həftəsonudur. Qeyri-iş günüdür. Yəqin ki, gələn həftənin əvvəli televiziyalardan zənglər olacaq. Buna şübhə etmirəm. Cənab prezidentin bir sözünü kimsə iki edə bilməz”.

 

Tahir İmanov bildirib ki, bir qədər səbirli olmaq lazımdır.

 

“Hələ ki heç bir televiziya əməkdaşlıq məsələsi ilə bağlı bizə zəng etməyib. Düşünürəm ki, bir qədər səbirli olaq! Üzümüzə gələn növbəti həftəni gözləyək və görək nə olacaq. Hələlik heç bir yenilik yoxdur”

 

Qeyd edək ki, bir müddət əvvəl Tahir İmanov  mətbuata açıqlamasında 2015-ci ilin mayından etibarən bütün televiziyalar tərəfindən "Planet Parni iz Baku" KVN teatrının əməkdaşlarına  efir qadağası qoyulduğunu bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?