Modern.az

Koçaryan: “Əliyev Paşinyanı asanlıqla məğlub etdi”

Koçaryan: “Əliyev Paşinyanı asanlıqla məğlub etdi”

4 Mart 2019, 14:18

Ermənistanın sabiq prezidenti Robert Koçaryan həbsxanadan yazılı müsahibə verib.

 

Modern.az 168.am saytına istinadən xəbər verir ki, müsahibəsi zamanı Koçaryan Nikol Paşinyan hökumətinin Dağlıq Qarabağ məsələsində və iqtisadi sahədə planlarını kəskin tənqid edib.

 

“Paşinyan müxtəlif vasitələrlə maskalansa da, Qarabağla bağlı danışıqlar gedir. Şübhə doğuran danışlıqların getməsi deyil, Paşinyanın bu danışıqlardan məsafədə durmağa çalışmasıdır. Cəmiyyət hakimiyyətin Qarabağla bağlı mövqeyini bilmir və bu, narahatlıq doğurur. Mövqe formalaşmadan necə uğurlu danışıqlar aparmaq olar? Danışıqlar vaxt keçirmək üçün görüş deyil, əldə olunmuş uğurların rəsmiləşdirilməsidir. Qarabağ münaqişəsi ilə bağlı bəzi çox vacib detallar var ki, onları danışıqlar başlamadan müəyyənləşdirmək lazımdır”.

 

Koçaryan Azərbaycan prezidenti İlham Əliyevin Nikol Paşinyanı danışıqlarda məğlub etdiyini də bildirib.

“Aydındır ki, Əliyev Paşinyanı Qarabağ danışıqlarında asanlıqla məğlub edib. Düşənbədə liftdə aparılan danışıqlar bizim üçün sərfəli Vyana və Sankt-Peterburq razılaşmalarını yox elədi. Bu, çox böyük səhv idi. Ermənistan həm Azərbaycanda, həm də Minsk qrupunda danışıqlar prosesi ilə bağlı böyük güzəşt gözləntisi yaradıb. Buna görə düşünürəm ki, Minsk qrupunun növbəti təklifi bizim üçün sərfəli olmayacaq”.

 

Robert Koçarayan Paşinyan hakimiyyətinin payızda ciddi siyasi etirazlarla üzləşəcəyini də proqnozlaşdırıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər