Modern.az

Ramil Səfərov həbsxanada Macarıstan mətbuatına müsahibə verib (YENİ FOTOLAR)

Ramil Səfərov həbsxanada Macarıstan mətbuatına müsahibə verib (YENİ FOTOLAR)

11 Dekabr 2011, 00:24

Azərbaycan ordusunun ehtiyatda olan zabiti, Macarıstanda ömürlük həbs cəzasına məhkum edilmiş Ramil Səfərov həbsxanada Macarıstanın məşhur jurnallarından birinə müsahibə verib. Modern.az-ın məlumatına görə, bu barədə www.ramilsafarov.info saytı xəbər yayıb. Sayt zabitimizin müsahibə vaxtı jurnalın fotoqrafı tərəfindən çəkilmiş eksklüziv şəkillərini təqdim edib.

Qeyd edək ki, şəkillər həbsxananın kitabxanasında çəkilib.

Ramil Sahib oğlu Səfərov 26 avqust 1977-ci ildə Azərbaycanın Cəbrayıl rayonunda anadan olub. Hələ körpə olanda erməni vəhşiliklərini öz gözləri ilə görən Ramildə onlara qarşı əbədi nifrəti yaranıb. Düşmənə sonsuz nifrəti, Vətənə dərin məhəbbəti Ramili hərbi məkrəbdə təhsil almağa istiqamətləndirib. 1991-ci ildə Cəmşid Naxçıvanski adına hərbi litseyə daxil olub, sonra isə təhsilini Türkiyədə davam etdirib.
Ramil Səfərov 2004-cü il yanvarın əvvəlində Macarıstanın paytaxtı Budapeştə NATO-nun "Sülh naminə tərəfdaşlıq" Proqrami çərçivəsində kursa göndərilmişdi. O, həmin il fevralın 19-da eyni kursda təlim keçən erməni zabit Qurgen Markaryanı Azərbaycan bayrağını  təhqir elədiyinə görə öldürdüyündən ömürlük həbs cəzası alıb.          
Ramil həbsxanada macar dilini öyrənib, macar dilindən Azərbaycan dilinə əsər tərcümə edib. Tanınmış macar yazıçı Maqda Sabonun "Qapı" romanı macarcadan Azərbaycan dilinə tərcümə olunmuş ilk kitabdır. R.Səfərov kitabı 2009-cu ilin oktyabrında dünyasını dəyişmiş anası Nübar xanımın xatirəsinə ithaf edib.

 

 

 

 


Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir