Modern.az

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

İqtisadiyyat

4 Mart 2019, 23:43

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 66,48 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə axşamına olan göstəricidən 1,14 dollar/barel azdır.

Modern.az xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 65,66 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,14 dollar/barel azdır.

 

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 62,23 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,29 dollar/barel azdır.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti 63,91 dollar/barel təşkil edib, bu da əvvəlki qiymətdən 1,16 dollar/barel azdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!