Modern.az

Ermənistan 4 hərbçisinin ölümünü niyə gizlədir?

Ermənistan 4 hərbçisinin ölümünü niyə gizlədir?

6 Mart 2019, 13:46

Ermənistan ordusu 4 hərbçisinin ölümünü gizlətməsi ciddi narazılıq yaradıb.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, itkilər fevral-mart ayları ərzində baş verib və ictimaiyyətə bu barədə məlumat verilməyib.

Jurnalistlər fevralın 11-də Frunzik Tamazyanın böyrək çatışmazlığından, Armen Qriqoryanın avtomobil qəzası zamanı, S. Qevokyanın ürək tutmasında və K.Lalayanın isə xərçəng xəstəliyindən vəfat etməsi barədə informasiya dərc etmişdi.

 

Ermənistanın müdafiə naziri David Tonoyan bu itkilərin gizlənilmədiyini desə də, ölkə ictimaiyyəti narazılığını gizlətməyib.

Xatırladaq ki, yanvar-mart ayları ərzində düşmən ordu ümumilikdə, 8 hərbi qulluqçusunu itirib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı