Modern.az

Şəmistan Əlizamanlının  Türkiyədə vətənpərvərlik təbliğatı

Şəmistan Əlizamanlının  Türkiyədə vətənpərvərlik təbliğatı

8 Mart 2019, 22:13

Azərbaycanın ilk hərbi diktoru, vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı dünyanın 85 ölkəsində 25 dildə yayımlanan, hər seriyası təxminən 2 milyard 600 milyon insanın sevərək izlədiyi tarixi “Diriliş Ərtoğrul” filmində növbəti uğurlu çıxışını etdi. Reytinqlərdə yeni rekordlara imza atan filmdə Şəmistan bəyin ifaları Azərbaycan tamaşaçıları tərəfindən də maraqla, sevgiylə izlənilir.

 

Şəmistan Əlizamanlı ömrünü, əsas fəaliyyətini vətənpərvərlik işinin təbliğatına həsr edib. O, böyüməkdə olan nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması üçün əlindən gələni edir, mahnıları çoxdandı dillər əzbəridi. Onun məktəblərdə, hərbi hissələrdə, bölgələrdə etdiyi çıxışlar hər kəsi böyük qələbəyə, vətəni, dövləti sevməyə səsləyir. İllərdir bu istiqamətdə əlindən gələni edən Şəmistan Əlizamanlının bir gün dünya maştabına çıxacağı gözlənilən idi.

 

Onun milyonlarla dinləyicisi olan “Turan ellər var olsun!” və "Zəfər bismillah" mahnıları neçə illərdir Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğanın təbliğat kliplərində istifadə olunur, Türkiyə televiziyalarında yayımlanır. Bu il martın 31 – də Türkiyədə keçiriləcək bələdiyyə seçkilərində Ş.Əlizamanlının bəstələdiyi və ifa elədiyi “Zəfər bismillah!” mahnısı cənab Ərdoğanın şəxsi istəyi ilə hakim AKP-nin seçim musiqisi kimi qəbul olunub.

 

O, “Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyinin layihələri çərçivəsində Azərbaycan torpaqlarının müdafiəsi uğrunda canlarını fəda etmiş qəhrəman oğulları haqqında sənədli filmlər hazırlayır.

 

Əslində belə bir şəxsin Prezidentin və Birinci Vitse-prezidentin mədəniyyət işçiləri ilə görüşünə dəvət olunması çox yaxşı olardı. Çünki hələ torpaqlarımız işğal altındadır, hələ ümidlə qələbəni gözləyirik. Dövlətimizin işğal altında qalmış torpaqlarımızın azad olunması, vətənpərvərliyin təbliği istiqamətində gördüyü işlərlə bağlı onun da maraqlı və vacib təklifləri ola bilərdi!

 

O, neçə illərdir bu yolda tək-tənha - kimsənin dəstəyi olmadan vətənpərvərlik yönümlü mahnılar, marşlar yazıb, yazdırıb ifa edir ki, gənc nəsil ruhdan düşməsin, vətənpərvərlik ruhunda böyüsün!

 

Bütün bu işləri görən, uğurlara imza atan Ş.Əlizamanlı bu günə qədər fəxri addan, dövlət təltifindən kənarda qalıb! Bu bizə heç də başucalığı gətirmir!

 

Əcəba bütün bunları edənlər kimlərdir? Belə bir insanın, sənətçinin dövlətin diqqətdən kənarda qalması təəssüf doğurur və bu hal şəxsən Qarabağ qazilərinin, veteranlarının narazılığına səbəb olur!

 

Bütün bunlara baxmayaraq, daim çalışan, zəhmət çəkən, Azərbaycan mədəniyyətini, dövlətini şərəflə təbliğ edən dəyərli dostumuz Şəmistan bəyə uğurlar arzulayıram! Qardaş, yorulmayasan, uğurların bol olsun! Yaşasın Azərbaycan!

 

 

Rey Kərimoğlu,

Qarabağ qazisi, jurnalist

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir