Modern.az

Məhəmməd Əmin Rəsulzadənin Stalinlə bağlı xatirələri nəşr olunub

Məhəmməd Əmin Rəsulzadənin Stalinlə bağlı xatirələri nəşr olunub

Mədəni̇yyət

14 Dekabr 2011, 10:14

Milli Dirçəliş Hərəkatı Partiyasının xətti ilə böyük öndər Məhəmməd Əmin Rəsulzadənin "Bir türk milliyətçisinin Stalinlə ixtilal xatirələri" adlı kitabı işıq üzü görüb. Tərtibçi və nəşrə hazırlayan Seymur Həsənlinin Modern.az-a verdiyi məlumata görə, kitab artıq ikinci dəfədir ki, onlar tərəfindən nəşr olunur.
“Bir neçə ay öncə eyni adlı kitabı 500 tirajla çap etdirmişdik. Hamısı satılıb qurtardığından və edilən müraciətlərə əsasən yenidən nəşrə qərar verdik”. 

Seymur Həsənli onu da bildirib ki, kitabın başqa nəşriyyatlar tərəfindən daha yüksək qiymətə satılması və qiymətə görə keyfiyyətin aşağı olması onların çıxardığı nəşrə tələbatı daha da artırıb.

Qeyd edək ki, böyük marağa səbəb olan və müəyyən oxucu kütləsi qazanan bu kitab Məhəmməd Əmin Rəsulzadənin Stalin və stalinizm haqqında 1954-cü ildə Türkiyədə çap etdirdiyi seriya məqalələrdən ibarətdir. Buraya böyük vətəndaş XX əsrin əvvəllərində çarizmlə mübarizə gedişində Stalinlə bağlı hadisələri xatırlayır, bilavasitə iştirakçısı olduğu hadisələr fonunda Stalinin siyasi portretini yaradır, bu proseslərin xarakterini açır.

Kitabda müstəqil Azərbaycan Respublikasının işğalından sonra başına gələn sərgüzəştlər, Stalinlə məşhur görüşü incələnir. Azərbaycan tarixi və ictimai fikri üçün son dərəcə maraqlı olan bir sıra mətləblər açılır. Vətən tarixinin çox əhəmiyyətli bu dövrü və M.Ə.Rəsulzadənin şəxsiyyəti, eləcə də stalinizmin anatomiyası ilə maraqlananlar üçün nəzərdə tutulub.

Kitabı metronun əksər keçidlərindən və şəhərin mərkəzi kitab satışı nöqtələrindən əldə edə bilərsiz.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü