Modern.az

Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi davam edir

Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi davam edir

16 Dekabr 2009, 10:13

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi (BTQ) çərçivəsində işlər cədvələ uyğun davam etdirilir. Modern.az-ın məlumatına görə, bu barədə  “Azərbaycan Dəmir Yolları” QSC-nin baş mühəndisi Qurban Nəzirov bildirib. Onun sözlərinə görə, hazırda işlər həm Gürcüstan, həm də Türkiyə ərazisində aparılır.

Baş mühəndis qeyd edib  ki, BTQ dəmir yolu xəttinin 2011-ci ildə istismara verilməsi planlaşdırılır. Bundan əlavə, Gürcüstandakı Axalkalaki dəmir yolu stansiyasının tikintisi üzrə keçirilən tenderin qalibi də müəyyən olunub.  İşləri Azərbaycanın “Kontur” memarlıq layihə və sənaye şirkəti yerinə yetirəcək. Axalkalaki stansiyasının tikintisinə 2010-cu ildə başlanması və 2011-ci ildə başa çatdırılması nəzərdə tutulur.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir