Modern.az

Sabiq baş nazir Timoşenko həbsxanada lüks şəraitdə saxlanılır - VİDEO

Sabiq baş nazir Timoşenko həbsxanada lüks şəraitdə saxlanılır - VİDEO

15 Dekabr 2011, 12:09

Ukraynanın sabiq baş naziri Yuliya Timoşenkonun həbsxanadakı saxlanma şəraitinin videogürüntüləri yayımlanıb. Modern.az saytının “Cihan” agentliyinə istinadən verdiyi xəbərə görə, keçmiş baş nazir türmədə azadlıqdakından pis yaşamır. Onun həbsxanadakı evrotəmirli kamerasında plazma televizor, qızdırıcı sistem, lüks vanna otağı diqqət çəkir.

Ukraynanın azadlıqdan 7 illiyə məhrum edilən keçmiş baş naziri 2009-cu ildə həbs olunub. Y.Timoşenkonun azadlıqdan məhrum edilməsinə səbəb isə Rusiya ilə aparılan təbii qaz razılaşmasında səlahiyyətini pozması olub. Y.Timoşenko ölkəsinə 190 milyon dollar zərər vurmaqla ittiham olunur.

 



Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?