Modern.az

Sərkisyandan növbəti qeyri-konstruktiv təklif

Sərkisyandan növbəti qeyri-konstruktiv təklif

Təhsil

16 Dekabr 2009, 10:17

Ermənistan prezidenti Serj Sərkisyan Qarabağ münaqişəsinin həlli ilə bağlı növbəti qeyri-konstruktiv təkliflə çıxış edib. Modern.az-ın BBS-yə istinadən yaydığı məlumata əsasən, Yerevanda qondarma   “Dağlıq Qarabağ respublikası”nın qondarma parlament nümayəndə heyəti ilə görüşündə Sərkisyan qeyd edib ki,  Qarabağ münaqişəsinin dinc yolla həlli "DQR” –in danışıqlarda bilavasitə iştirak etməsi təqdirdə mümkündür.

 

Serj Sarkisyan deyib ki, Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlardan sonra o, “Dağlıq Qarabağ” “prezidentinə” danışıqların məzmunu və müzakirə olunan məsələlər haqqında ətraflı məlumat verir.

 

Ermənistan prezidenti, Ermənistanla Dağlıq Qarabağı nəzərdə tutaraq, “iki ölkənin müxtəlif rəhbər strukturları və müxtəlif təsisatlarının həmahəng fəaliyyətinin çox vacib” olduğunu və “parlamentlər arasında əməkdaşlığı” xüsusilə qeyd etdiyini bildirib.

Serj Sarkisyanın sözlərinə görə, məsələnin dinc yolla həlli mümkündür. “Lakin yalnız o zaman ki, taleyinin həllinə aid məsələlərdə Qarabağ iştirak edə bilsin və deyiləsi sözünü desin”.

Problemin həll olunmasının ən real yolu isə, Ermənistan prezidentinin sözlərinə görə, Dağlıq Qarabağın danışıqlar prosesinə qoşulmasıdır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar