Modern.az

Rəşad Məcid rusdilli məktəbləri TƏNQİD ETDİ: “Sən demə, hamısı mifdir!”

Rəşad Məcid rusdilli məktəbləri TƏNQİD ETDİ: “Sən demə, hamısı mifdir!”

15 Mart 2019, 13:01

“525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid Bakıdakı rusdilli məktəblərdə təhsilin səviyyəsinin aşağı düşdüyünü bildirib.

Modern.az-ın məlumatına görə, R.Məcid bununla bağlı fikirlərini bölüşüb:

“Rus məktəblərinə meyillənən valideynlərin nəzərinə bir neçə faktı çatdırmaq istəyirəm! Məncə , mediamız və həmkarlarımız bu məsələləri qabartmaqla rus məktəblərinə qarşı çazibəni bir az azalda bilər! Sən demə, indi rus məktəblərinin Azərbaycan məktəblərindən səviyyəli olması barədə təsəvvürlər mifdir! Keçmiş sovet dövründən qalan illüziyadır! Yaxşı müəllimlər və peşəkar kadrlar azlıq təşkil edir! Rus məktəblərində təhsilin səviyyəsi müqayisədə geri qalır!
Heç Bakının ən çox tələbə adını qazanan məzunları olan 5 ən yaxşı məktəbi sırasında da rus məktəblərinin adı yoxdu!
Ona gərə də, rusca bilməyən uşaqlarını zorla rus məktəbində oxutdurmaq istəyən valideynlər səhv qərar verir, övladlarının gələcəyini indiden riskə atmış olurlar!”

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər