Modern.az

Çempionlar Liqasının ¼ finalının püşkü atıldı - CÜTLÜKLƏR

Çempionlar Liqasının ¼ finalının püşkü atıldı - CÜTLÜKLƏR

15 Mart 2019, 15:46

İsveçrənin Nyon şəhərində Çempionlar Liqasının 1/4 və 1/2 final mərhələsinin püşkatma mərasimi keçirilib.

 

Modern.az xəbər verir ki, püşkatmanın nəticələrinə görə, 1/4 finalda aşağıdakı cütlüklər qarşılaşacaq:

"Ayaks" – "Yuventus"
"Liverpul" – "Porto
"Tottenhem - Mançester Siti"
"Mançester Yunayted" – "Barselona" 

1/2 finalda mərhələsində qarşılaşacaqlar


"Tottenhem" - "Mançester Siti" / "Ayaks" - "Yuventus" 

"Barselona" - "Mançester Yunayted" / "Liverpul" - "Portu" 

Qeyd edək ki, 1/4 final mərhələsində ilk oyunlar aprelin 9-10-da, cavab qarşılaşmaları isə 16-17-də keçiriləcək. Yarımfinalda isə ilk görüşlər 30 aprel-1 may, cavab matçları isə 7-8 may tarixlərində olacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir