Modern.az

"Avropa: Mən mübarizə aparıram, mən qalib gəlirəm” kitabı artıq Azərbaycan dilində

"Avropa: Mən mübarizə aparıram, mən qalib gəlirəm” kitabı artıq Azərbaycan dilində

16 Dekabr 2011, 19:33

Almaniyanın kansleri Angela Merkel kitaba ön söz yazıb

Belçikanın sabiq baş naziri, Avropa Xalqları Partiyasının sədri Avropanın tanınmış siyasi-ictimai xadimi Uilfrid Martesin “Avropa: Mən mübarizə aparıram, mən qalib gəlirəm” kitabı Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) dəstəyi ilə Azərbaycan dilində çap olunub. Bu barədə BAMF sədri Umud Rəhimoğlu məlumat verib. Onun sözlərinə görə, əvvəlcə holland dilində nəşr edilən kitab sonradan fransız və ingilis dillərinə də tərcümə edilərək işıq üzü görüb. O, 2010-cu ilin mart ayında Azərbaycanda sözügedən kitabın ingilis dili versiyasının geniş təqdimatının olduğunu da deyib: “Nədən biz bu kitabı Azərbaycan dilində də nəşr etdik? Bu kitabda bizim diqqətimiz çəkən nə oldu? İlk səhifəsi dua ilə başlayan bu kitab son əlli ildə Avropanın yetirdiyi ən məşhur siyasətçilərdən biri olan, liberal dəyərlərin yorulmaz müdafiəçisi Uilfrid Martensin memuar formasında qələmə aldığı adi bir tərcümeyi-hal deyil. Bu kitabda Avropa və dünya siyasətinin çox maraqlı, dəyərli məqamları müəllifin özünün də iştirakçısı olduğu ictimai-siyasi proseslərə birbaşa təsir edən hadisələr qələmə alınıbdır. Çox zəngin bioqrafiyaya və böyük təcrübəyə malik olan bu insan düz 12 il Belçikanın baş naziri olub! Əslinə qalsa, cənab  Uilfrid Martensin həyatı, sözün həqiqi mənasında, bir örnəkdir. Almaniyanın kansleri Angela Merkel kitaba ön söz yazması nəşrin əhəmiyyətinin göstəricisi kimi də səciyyələndirmək olar. Biz istədik ki, Azərbaycan oxucularının da bu kitabı oxumaq şansı olsun. Kitabın Azərbaycan dilində nəşrinin hazırlanmasında böyük bir qrup çalışıb. Onların zəhmətin də qeyd etmək istərdim.”

Memuar yazmağın bütün yazı işlərinin arasında ən çətini olduğunu nəşrdə deyən müəllif kitabın ana dilimizdə çap olunması ilə bağlı qərar verəndən sonra Azərbaycanda kitaba böyük marağın səbəbini də izah edib: “Azərbaycanda Avropa quruculuğuna niyə bu cür maraq göstərirlər? “Şərq tərəfdaşlığı proqramı”nın üzvü olan bu Avropa ölkəsi müstəsna coğrafi məkana malikdir-Rusiya, Türkiyə, İran əhatəsində yerləşən Azərbaycan tarix boyu öz kimliyini formalaşdıra və bənzərsizliyini qoruyub saxlaya bilmişdir. Bununla belə region qeyri-sabitdir. Qədim regional münaqişələr hələ öz həllini gözləyir. Bəlkə də Avropa quruculuğu təcrübəsi, xüsusi ilə də amansızcasına bir-birinə qarşı döyüşmüş Almaniya və Fransa barışığı nümunə rolunu oynaya bilər. Lakin çox gözəl dərk edirəm ki, siyasi liderlər tərəfindən əməli təşəbbüslərin göstərilməsi, xalqların kin-küdurəti unudaraq bu təşəbbüslərə qoşulması üçün cəsarət lazımdır. Avropa quruculuğunun tarixi-ola bilsin kitabın əsas marağı bundadır-bu prosesin mümkünlüyün sübut edir.”

Umud Rəhimoğlu yaxın günlərdə müəllifin Azərbaycana gələcəyini və kitabın yüksək səviyyədə təqdimatının planlaşdırıldığını da qeyd edib.

Uilfrid Martesin on fəsildən ibarət kitabında ümumilikdə 235 yazı yer alıb, müəllifin müxtəlif görüşlərdən, beynəlxalq toplantılardan çəkilmiş çox maraqlı 46 fotosu da verilib.


Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi