Modern.az

“Sklerozlar üçün yaddaş”

“Sklerozlar üçün yaddaş”

Mədəni̇yyət

17 Dekabr 2011, 12:09

Yazıçı-filosof Firuz Mustafanın iki yeni kitabı nəşr edilib. “Araz”  nəşriyyatının çap etdiyi “Qloballaşma və mədəniyyət” kitabında müəllif qloballaşma və mədəniyyət arasınadkı qarşılıqlı mürəkkəb əlaqənın bir sıra nüanslarını sosioloji və fəlsəfi aspetdə açıb. Tədqiqatçı konkret paradiqma və parametrlər müstəvisində tədqiqata cəlb etdiyi problemin mahiyyətini hamı üçün anlaşıqlı bir üslub və dildə geniş oxucu kütləsi üçün çözməyə çalışıb.

Firuz Mustafanın işıq üzü görən digər kitabı - “Sklerozlar üçün yaddaş” adlanır. Amma kitab sklerozdan əziyyət çəkən xəstələr üçün nəzərdə tutulmayıb. Bu, müəllifin bir neçə il öncə qələmə aldığı “Buz üstə yazılmış sətirlər” kitabının təkmilləşdirilmiş yeni nəşridir. Müəllif yeni nəşrlə əlaqədar oxucuya xitabən yazır: “Sən əlinə götürdüyün  bu “yaddaşı” (və ya “yaddaşsızlar üçün ensiklopediya”nı), indiyəcən аdət еtdiyin аdi qаydаdа, yəni yuхаrıdаn аşаğıyа dоğru yох, istədiyin yеrdən, lаp еlə iхtiyаri cümlədən, hətta, kefin istəsə, aşağıdan yuxarıya tərəf də охuya bilərsən. Bu кitаbdа yumоr dа vаr, sаrкаzm dа, еyhаm dа var, аğrı dа, gülüş də var, göz yаşlаrı dа.”

Kitabda Firuz Mustafanın dram və nəsr əsrlərindən parçalar, habelə müxtəlif illərdə yazılmış aforizmlər və  kəlamlar, bir sözlə, müəllifin fikir və duyğu əsintiləri toplanmışdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir