Modern.az

Gələn aydan ailələrə uşaqpulu veriləcək? - RƏSMİ AÇIQLAMA

Gələn aydan ailələrə uşaqpulu veriləcək? - RƏSMİ AÇIQLAMA

21 Mart 2019, 14:53

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) aprelin 1-dən ailələrə uşaqpulu veriləcəyi barədə yayılan məlumatlara münasibət bildirib.

 

Modern.az xəbər verir ki, nazirlikdən bildirilib ki, gələn aydan ailələrə uşaqpulu veriləcəyi barədə məlumatlar həqiqəti əks etdirmir:

“Bugünlərdə sosial şəbəkələrdə heç bir rəsmi mənbəyə istinad olunmadan, guya gələn aydan ailələrə uşaqpulu veriləcəyi barədə yalan məlumat yayımlanıb. Bu məlumata heç bir halda inanmayın!”

Qeyd edək ki, yayılan məlumatlarda ailələrdə 3 yaşa kimi olan uşaqlara 80 manat, 3-7 yaşa kimi olan uşaqlara 50 manat, 7-17 yaşa kimi olanlara isə 40 manat veriləcəyi əks olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi