Modern.az

Bərdədə DƏHŞƏT: Məcburi köçkün həyat yoldaşını baltaladı

Bərdədə DƏHŞƏT: Məcburi köçkün həyat yoldaşını baltaladı

23 Mart 2019, 20:01

Bərdə rayonunda ər arvadına balta ilə xəsarət yetirib.

Modern.az xəbər verir ki, hadisə rayonun Cəyirli kəndində törədilib. 

Kəlbəcər rayonun Milli kəndindən məcburi köçkün Nadirxanov Şahvələd Pənah oğlu həyat yoldaşına balta ilə xəsarət yetirib. Ağır xəsarət alan 1983-cü il təvəllüdlü Yəhyayeva Pərvanə Arif qızı yaxınları tərəfindən Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlər yaralı qadının vəziyyətinin ağır olduğunu bildirib.

Faktla bağlı araşdırma başlansa da, hadisənin təfərrüatı açıqlanmır.

Modern.az-ın əldə etdiyi məlumata görə,  Şahvələd Nadirxanov həbsdən yeni buraxılıbmış.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi