Modern.az

Bir dövlətin əsas rəmzi onun gəncliyidir

Bir dövlətin əsas rəmzi onun gəncliyidir

19 Dekabr 2011, 12:17

Modern.az saytı Milli Məclisin deputatları ilə Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil alan tələbələr arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edən layihə həyata keçirir. Bu layihə çərçivəsində deputat müxtəlif janrlarda yazı yazan tələbələrin məqalələri Modern.az saytında yerləşdirilir. 
Bu dəfə 105 saylı Tovuz seçki dairəsindən deputat Qənirə Paşayeva tələbələrin intellektual gücünü yoxlayır. Deputat bildirib ki,  “Dövlət rəmizləri və gənclik” mövzusunda tələbələrin yazılarına çox diqqətlə baxacaq: “Mən tələbələri bu məsələdə fəal olmağa çağırıram”.   
Aşağıdakı yazı bu layihə çərçivəsində hazırlanıb.

***
Deyirlər ki, gələcək gənclərlə gələcək. Doğurdanmı belədir? Gənclər lazımı səviyyədəmi yetişdirilir? Babalarımız hər zaman deyərdi: bizim vaxtımızda belə deyildi. Görəsən indi necədir bu gənclik? Yəni öz babalarına layiq deyilmi? Bu danılmaz faktdır ki, babalarımızın gəncliyi ilə bizim gənliyimiz arasında böyük uçurum var. Həm də, çox böyük uçurum. Bu uçurumu yaradan isə babalarımızla bizim aramızda qalan gənclik, yəni, atalarımızdır.

İndiki gənclik öz kökündən uzaqlaşır, ya da uzaqlaşdırılır. Bu, kimə sərf edir?

Gənclər öz qədim tarixlərini, bu tarixi yazanları, tarixə tarix yazanları unudur, ya da unutdurulur. Bu, kimə sərf edir?

Hətta gənclər öz dövlət rəmzlərini bilmir, bayrağının dalğalanma səbəbini, gerbinin yaranma mənasını, himninin sözlərini unudur, ya da unutdurulur. Bəs bu kimə sərf edir?

Azərbaycan dövlətinin rəmzləri: bayrağı, gerbi, himni, ordusu, dili... Sadəcə bunlar? Yox. Bir dövlətin əsas rəmzi onun gəncliyidir. Çünki, bu saydıqlarımı var edən biz gənclərik. Bəli, indi siz gözləyirsiniz ki, mən rəmzlərin mənasını açım. Yox, mən bunları bilirəm. Amma hələ bilməyənlər var.
Barlarda yetişən, hansısa siyasi fikri ifratca təbliğ edən, avropalaşmaq adı altında əxlaqı korlanan gənclik. Oyan!!!

Himnini bilməyən millət vəkilləri, dövlət nümayəndələri və Himn çalınanda ağzını tərpədən gənclik. Oyan!!!
Himndə

Səndən ötrü can verməyə cümlə hazırıq
Səndən ötrü qan tökməyə cümlə qadiriz.      

bilməyən mən.

Bilmək üçün bildiyinin doğru olduğunu bilməlisən. Biz bilmirik, ya da bilirik ki, dövlət var, amma bilmirik ki, dövlət hökümət deyil. Hökümət də dövlət deyil. Hökümət gedər, dövlət qalar. Elə rəmzlər də...

Azərbaycan, bayrağın da, gerbin də, himnin də, adın da, dilin də sənin varlığınla var olur.

Var ol, var ol ki, varlığın dəyərinə dəyər qatsın.
Var ol, var ol ki, varlığın yoxluğa işıq oısun.                                                                     

Əli Allahverdiyev
tələbə

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?