Modern.az

Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb

İqtisadiyyat

26 Mart 2019, 22:57

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 25-də 68,69 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 1,11 dollar/barel çoxdur. Modern.az xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 68,05 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,96 dollar/barel çoxdur.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 65,58 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 0,34 dollar/barel azdır.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 67,01 dollar/barel təşkil edib, bu da əvvəlki göstəricidən 0,7 dollar/barel çoxdur.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub