Modern.az

Şəhidimizin dəfnindən FOTOLAR  

Şəhidimizin dəfnindən FOTOLAR   

Reportaj

27 Mart 2019, 12:13

Martın 26-da Ermənistan silahlı qüvvələrinin Ordumuzun mövqelərini atəşə tutulması nəticəsində cəbhənin Füzuli rayonu istiqamətində hərbi qulluqçu, 2018-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmış Yuxarı Salahlı kənd sakini Əlləzov Əlləz Ələddin oğlu şəhid olub.

Modern.az xəbər verir ki, bu gün saat 11:00-dan etibarən Ə. Əlləzovun doğulub boya-başa çatdığı Yuxarı Salahlı kəndində dəfn mərasimi keçirilir.

Şəhidin nəşi Yuxarı Salahlı kənd qəbirstanlığında torpağa tapşırılıb. Şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyirik!

Modern.az şəhidin dəfnindən olan fotoları təqdim edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür