Modern.az

İlham Əliyev Xarici Kəşfiyyat Xidmətinin rəisi ilə bağlı sərəncam imzaladı

İlham Əliyev Xarici Kəşfiyyat Xidmətinin rəisi ilə bağlı sərəncam imzaladı

Ölkə

27 Mart 2019, 12:28

Prezident İlham Əliyev Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanovla bağlı sərəncam imzalayıb.

Modern.az bildirir ki, sərəncamla Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sedyar oğlu Sultanova general-leytenant ali hərbi rütbəsi verilib.

Qeyd edək ki, Xarici Kəşfiyyat Xidməti Azərbaycan Prezidentinin 14 dekabr 2015-ci il tarixli, 706 fərmanına əsasən yaradılmış xüsusi dövlət orqanıdır.

Xarici Kəşfiyyat Xidmətinin əsas məqsədi dövlətin təhlükəsizliyi üçün təhdid ola biləcək bu və ya digər addımların dövlətin ərazisindən kənarda, onların planlaşdırıldığı, hazırlandığı yerlərdə qarşısını almaqdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü