Modern.az

Azərbaycan futbolu - “Top həm düşər, həm qalxar”

Azərbaycan futbolu - “Top həm düşər, həm qalxar”

19 Dekabr 2011, 14:53


Dekabrın 20-də saat 19.00-da Beynəlxalq Muğam Mərkəzində “Top həm düşər, həm qalxar” sənədli filminin təqdimatı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, təqdimat Azərbaycanda futbolun yaranmasının 100 illiyinə həsr olunub. 

Rejissor Arzu Urşanın “Salnamə” studiyasında bu il çəkdiyi film artıq sentyabr ayında Rusiyanın Lipetsk şəhərində keçirilən  “Atlant” VIII Beynəlxalq İdman Filmləri Festivalında “Olimpiya İdeallarına Sədaqət” nominasiyasında birinci mükafata layiq görülüb, eləcə də noyabrda İtaliyanın Milan şəhərində keçirilən Beynəlxalq İdman Filmləri Festivalında qalib elan olunub.

Filmin ssenari müəllifləri: Arzu Urşan və Aleksandr Balaşov, operatorlar Yuri Yermolin və Nadir Mehdiyev, rəssam Fikrət Ələkbərov, montaj  Sergey Kolmıkov, fotoqraf Elşən Əliyevdir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı