Modern.az

FHN-in mətbuat katibindən ETİRAZ: “Yanımda dayanan şəxs gülürsə, bunun qəbahəti mənlikdir?!”.

FHN-in mətbuat katibindən ETİRAZ: “Yanımda dayanan şəxs gülürsə, bunun qəbahəti mənlikdir?!”.

27 Mart 2019, 13:17

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı sosial şəbəkələrdə müzakirə olunan yanğın fonunda çəkilmiş foto ilə bağlı Modern.az-a açıqlama verib.

 

Y.Babanlı bu fotonun ictimailəşdirilməsini ucuz şou adlandırıb:

“Digər tərəfdən, hər hansı bir jurnalist qəfildən yanımda dayanıb, gülərək foto çəkdirirsə, bunun günahı məndə deyil. Biz ictimai adamıq. Biz vətəndaşa xidmət ediriksə, vətəndaş istənilən situasiyada bizdən nə istəyirsə, biz onu həmən verməyə çalışırıq ki, narazılıq yaranmasın.

İstənilən situasiyada  jurnalistdən tutmuş sıravi vətəndaşa qədər hər kəs bizə yaxınlaşıb məlumat almaq, foto çəkdirmək istəyə bilər. Şəkildəkilərin fotoya hansı şəkildə yansıması artıq onun öz problemidir.  Paylaşılan fotoda yanımda dayanan şəxs gülürsə, bunun qəbahətini niyə Yəhya Babanlıya yükləyirlər?!”.

 

Y.Babanlı baş verən hadisə zamanı təmsil etdiyi qurumun fəaliyyətlərindən birinin də yanğını söndürməkdən ibarət olduğunu vurğulayıb:


“Yaxşı olardı ki, Yəhya Babanlının fotosunu yox, həyatını təhlükəyə ataraq o alovun içinə girən, yanğını söndürən yanğınsöndürənlərin fotosunu ictimailəşdirərdilər”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir