Modern.az

Prezident “Diqlas yanğını” ilə bağlı tapşırıq verdi  

Prezident “Diqlas yanğını” ilə bağlı tapşırıq verdi   

28 Mart 2019, 10:24

Bu gün səhər saatlarında Nizami rayon İcra Hakimiyyətində “Diqlas” Ticarət Mərkəzindəki yanğında zərərçəkən sahibkarlar və ticarətçilərlə görüş keçirilib.

Modern.az-ın məlumatına görə, zərəçəkənlərlə görüşən Prezident Administrasiyasının (PA) Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri müavini Hüseyn Mövsümov məsələnin ölkə rəhbərinin diqqətində olduğunu bildirib:

“Ticarət mərkəzindəki yanğınla bağlı müraciətlər dövlət başçısına çatdırılıb. Prezidentin tapşırığı ilə nümayəndə heyəti icarədarlarla görüşə göndərilib. Dəymiş ziyan müəyyən ediləcək və hər birinizə kompensasiya veriləcək”.


PA rəsmisi vətəndaşalrı təxribatlara uymamağa çağırıb:

“Dəymiş ziyan dəqiqliklə hesbalanacaq və hər birinizə ödənişlər ediləcək. Bu, cənab Prezidentin şəxsi təşəbbüsü və qayğısıdır. Sonrakı etaplarda hadisədə günahı olan sahibkarlar hüquqi müstəvidə cavab verəcəklər. Bunun sizin üçün elə bir əhəmiyyəti yoxdur. Sizin üçün maraqlı olan odur ki, dəymiş ziyan ödəniləcək. Bir daha hamınızı səbrə dəvət edirəm. Şükürlər olsun ki, ölüm-itim yoxdur. Bir xahişim də ondan ibarətdir ki, təxribatlara uymayın. Bizi sevən-sevməyən müəyyən qüvvələr var ki, sizin vəziyyətinizdən sui-istifadə etməyə çalışacaq. Çalışın buna yol verməyin. Sizin başınıza gələn bəla özünüzə bəsdir, kimlərəsə bundan öz məqsədi üçün istifadə etməyə imkan verməyin. Hamınıza cənab Prezidentin salamlarını və tapşırıqlarını çatdırdım. Sadəcə səbrli olun, heç bir təxribata uymayın. Hər birinizin haqqı müdafiə olunacaq. Bundan əmin ola bilərsiniz. Hesab edirəm ki, diskussiya açmaq mənasızdır”. 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır