Modern.az

Quantanamo məhbusları ABŞ-a köçür

Quantanamo məhbusları ABŞ-a köçür

16 Dekabr 2009, 15:38

ABŞ prezidenti Barak Obama ölkənin müdafiə naziri və baş prokurora Quantanamo hərbi-dəniz bazasında saxlanan məhbusların İllinoys ştatındakı Tomson həbsxanasına köçürülməsinə dair tapşırıq  verib. Modern.az-ın “İnterfaks”a istinadən yaydığı məlumata əsasən  prezident  Əfqanıstanda antiterror əməliyyatları gedişində ələ keçmiş və terrorizmdə ittiham olunan məhkumların  saxlanacağı həbsxananın təhlükəsizlik baxımından tam hazırılq vəziyyətinə gətirilməsini tapşırıb.

Barak Obama qeyd edib ki, bu tədbirlər tezliklə Quantanamo həbs düşərgəsinin bağlanmasına xidmət edir.

Məhbusların yeni həbs düşərgəsinə köçürlməsi o deməkdir ki,  Barak Obamanın Quantanamodakı düşərgəni bağladıqdan sonra məhbusları azad etmək fikri yoxdur.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?