Modern.az

Qənirə Paşayeva Yevlaxda oxucuları ilə görüşdü - FOTOLAR

Qənirə Paşayeva Yevlaxda oxucuları ilə görüşdü - FOTOLAR

Mədəni̇yyət

20 Dekabr 2011, 15:02

Dekabrın 19-da Yevlax şəhərində millət vəkili Qənirə Paşayevanın “Onun sevgi məktubları” romanının imza günü keçirilib.
Kitaba böyük maraq göstərən Yevlax rayonunun ziyalıları, gəncləri imzalanma mərasimində fəal iştirak ediblər.

Millət vəkili Qənirə Paşayeva Yevlax rayonunun sakinlərinə kitaba göstərdikləri diqqət və maraq üçün təşəkkür edib və bildirib ki, imzalanma mərasiminə bu qədər insanın toplaşacağını özü də gözləmirmiş. Bunun üçün imzalamaya gələn hər kəsə xüsusi minnətdarlığını bildirən müəllif kitabın da onların xoşuna gələrsə, bundan məmnun qalacağını qeyd edib.

Tədbirdə ötən ayın satış lideri olmuş “Onun sevgi məktubları” romanını alan və müəllifə imzalatdırmaq istəyən oxucularla kitab ətrafında fikir mübadiləsi və müzakirələr də aparılıb. Müzakirələr zamanı Qənirə Paşayeva oxucuları maraqlandıran bir sıra sualları da cavablandırıb.

Millət vəkili bildirib ki, “Onun sevgi məktubları”nın satışından əldə olunacaq gəlir bütünlüklə həyat yoldaşını itirmiş, üçuşaqlı kimsəsiz və evsiz bir qadının mənzil probleminin həllinə yönəldiləcək.



Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü