Modern.az

Komitə “Mühacirlərin həyatı” kitabını çap etdirdi - FOTO

Komitə “Mühacirlərin həyatı” kitabını çap etdirdi - FOTO

30 Mart 2019, 21:46

Fransada fəaliyyət göstərən “Kəpəz” nəşriyyat evi azərbaycanlı mühacir Timuçin Hacıbəylinin “Mühacirlərin həyatı” kitabını çap edib.

Modern.az xəbər verir ki, T.Hacıbəylinin  mühacirət xatirələri, Paris Sülh konfransında iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvləri Ceyhun Hacıbəyli, Əlimərdan bəy Topçubaşovla görüşləri, müəllifin  ailə üzləri də daxil olmaqla bir çox mühacirlərin üzləşdikləri çətinliklər kitaba daxil edilib.

T. Hacıbəyli İkinci dünya müharibəsində Fransa ordusunun  əsgəri olan qardaşı haqqında da qeydlər edib,  Jan-Pol Sartr və Albert Kamyu ilə dostluq əlaqələrindən də yazıb.

“Mühacirlərin həyatı”nda T.Hacıbəylinin əlyazmalarının orijinalları  yer alıb.

Kitaba yazılmış ön sözün müəllifi Ramiz Abutalıbovdur.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Fransaya səfəri zamanı  azərbaycanlı mühacirlərin ailə üzvləri ilə görüşəndə  belə bir kitabın nəşrini  təklif edib və T.Hacıbəylinin ailə üzvləri bu təklifi razılıqla qarşılayıblar. Sonrakı müddətdə Komitə kitabın nəşr olunması üçün bütün maddi və texniki dəstəyi göstərib. Kitabda P.Hacıbəylinin  Fuad Muradova ünvanladığı təşəkkürə də  yer verilib.

Qeyd edək ki, Timuçin Hacıbəyli Üzeyir Hacıbəylinin qardaşı Ceyhun Hacıbəylinin oğludur. Onun  həyat yoldaşı Paskal Hacıbəyli və oğlu Benjamin Hacıbəyli ötən il Diasporla İş üzrə Dövlət Komitəsinin dəvəti ilə ölkəmizdə səfərdə olub, bir sıra görüşlər keçiriblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir