Modern.az

Rəsmi Bakı Sərkisyanın cavabını verdi

Rəsmi Bakı Sərkisyanın cavabını verdi

16 Dekabr 2009, 16:45

“Rəsmi Bakı “DQR”-in Qarabağ nizamlanmasına cəlb olunmasının vacibliyi barədə Ermənistan prezidenti Serj Sərkisyanın son  bəyanatını ciddi qəbul etmir”.  Modern.az-ın  məlumatına görə, bu barədə Azərbyacan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov bildirib. Onun sözlərinə görə, Bakı hesab edir ki, Serj Sərkisyanın bəyanatı daxili tələbat üçün hesablanıb.

“Görünür, belə bəyanat verən və danışıqlar prosesini mahiyyəti və vəziyyətinə dair tam təsəvvürə malik olan bir adam bununla öz ictimaiyyətinin dəstəyini qazanmağa ümid edir”-deyə Elxan Poluxov bildirib.  O, qeyd edib ki, Azərbaycan ərazilərnin  20 faizini zəbt edən erməni tərəfinin belə bəyanatı beynəlxalq norma və prinsiplərə ziddir. Bu norma və prinsiplər qüvvənin tətbiq edilməməsini və suveren dövlətlərini ərazilərinin işğal olunmamasını əvvəlcədən müəyyən edir.

Dağlıq Qarabağın  nizamlama prosesində iştirakının danışıqları uğurlu edəcəyi barədə erməni liderin fikrinə gəlincə, E.Poluxov qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi gündəmdədir və fəal danışıqlar prosesi bunu sübüt edir.

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir