Modern.az

“Vikipedia”da 31 mart Soyqırımı ilə bağlı yanlışlıqlar var” - TARİXÇİ ALİM

“Vikipedia”da 31 mart Soyqırımı ilə bağlı yanlışlıqlar var” - TARİXÇİ ALİM

Ölkə

1 Aprel 2019, 01:05

"Vikipedia" portalında 31 mart Azərbaycanlıların Soyqırımı günü ilə bağlı yerləşdirilmiş məlumatlarda yanlışlıqlar var". Bu barədə Modern.az-a tarix elmləri doktoru, professor Anar İsgəndərli danışıb.

Anar İsgəndərli bildirib ki, “Vikipedia”nın Azərbaycan dilli bölməsində mart soyqırımına məruz qalan insanların sayı ilə bağlı verilən fakt tamamilə yanlışdır:

 

"Fövqəladə Təhqiqat Komissiyasının rəqəmlərinə görə, həmin vaxt təkcə Bakı şəhərində 11 mindən artıq türk-müsəlman qətlə yetirilib. Bunun ardınca komissiya yazır: "Soyqırımı mart ayında həyata keçirilib. Komissiya isə noyabr ayında fəaliyyətə başlayıb. Təbii ki, bu dövr ərzində soyqırımı zamanı neft quyularına, dənizə atılan, gözdən uzaq yerlərdə, şəhərətrafında öldürülən kifayət qədər insan olub. Təəssüf ki, onların dəqiq sayını müəyyənləşdirmək mümkün olmadı.

 

Şamaxı şəhərində 8 min, Şamaxı qəzasının Əlibic kəndində 8 min 27 nəfər qətlə yetirilib. Quba qəzasında 16 min türk-müsəlmanın həyatına son qoyulub. Qərbi Azərbaycanda öldürülən insanların sayını müəyyənləşdirmək isə mümkün olmayıb. Çünki erməni tarixçisi Kordokyan 1931-ci ildə Moskvada nəşr etdirdiyi "Nasilenya armenii"  kitabında yazırdı ki, Birinci Dünya Müharibəsi başlayarkən bu ərazidə 565 min türk-müsəlman yaşayırdı. Ancaq 1920-ci ilin sonlarında orada türk-müsəlman əhalinin sayı 70 min idi. Bu da göstərir ki, öldürülən və qaçıb canını qurtarmağa nail olan əhalinin sayı kifayət qədər çox idi. Azərbaycanın cənubunda öldürülən insanlar bundan da çox idi. Təkcə Lənkəranda 2 mindən artıq insan soyqırımına məruz qalıb. Bütün bunlar göstərir ki, “Vikipedia”da qeyd olunan rəqəmlər tamamilə yanlışdır. Öldürülən əhalinin sayı olduğu kimi təqdim edilməyib".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır