Modern.az

Teatr Muzeyinin internet saytı istifadəyə verildi

Teatr Muzeyinin internet saytı istifadəyə verildi

Mədəni̇yyət

16 Dekabr 2009, 17:04

Modern.az xəbər verir ki, dekabrın 16-da Muzey Mərkəzində Azərbaycan Teatr Muzeyinin 75 illiyi ilə bağlı yubiley tədbiri keçirilib. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Teatr Xadimlər İttifaqının sədri Azər Paşa Nemət, Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin direktoru Rafael Hüseynov, o cümlədən respublikanın tanınmış teatr xadimləri iştirak ediblər.

Nazir Əbülfəs Qarayev bildirib ki, əsası 1934-cü ildə Bakı Türk İşçi Teatrının əməkdaşı, görkəmli teatr korifeyi Ağakərim Şərifov tərəfindən qoyulan Teatr Muzeyi ötən illər ərzində şox məhsuldar bir dövr yaşayıb: “137 illik teatr tariximizin ənənələrini özündə daşıyan bu muzey nadir eksponat, ekspozisiya, memorial əşyalar, dekorasiya, geyim nümunələri və şəxsi arxivlərlə zəngindir”. Ə.Qarayev muzeyin təşkilində və yaradılmasında mühüm xidmətləri olmuş Əziz Şərifin, Cəfər Cabbarlının, Əzim Əzimzadənin, Sidqi Ruhullanın rolunu yada salıb.

“Musiqi dünyası” jurnalının baş redaktoru Tariyel Məmmədov Teatr Muzeyinin yenicə yaradılmış internet saytını tədbir iştirakçılarına təqdim edib. O, sayta daxil olmaq istəyənlərə muzeylə virtual tanış olmaq imkanı verildiyini söyləyib: “Sayta daxil olaraq, muzeyin zalları ilə və orada yerləşdirilmiş eksponatlarla tanış ola bilərsiniz. Saytın əsas üstünlüklərindən biri, səs ekspozisiyalarının olmasıdır ki,  bunun vasitəsilə klassik artistlərimizin əvəzsiz səslərini eşitmək, sənət nümunələrindən parçaları dinləmək imkanı reallığa çevrilmiş olur. Yaradılmış bu gözəl imkan vasitəsilə saytın istifadəçiləri muzeydə olan kitabxana, rəylər kitabına, teatr xadimlərimizin haqqında şəxsi məlumat arxivinə ekskursiya edə bilər, teatr tariximizin canlı güzgüsü olan fotoşəkiləri seyr edə və sənət korifeylərimizin genologiyası (nəsil şəcərəsi) ilə tanış ola bilərlər”.

Teatr xadimlər İttifaqının sədri, xalq artisti Azər Paşa Nemət rəhbərlik etdiyi mədəniyyət ocağının Teatr Muzeyi ilə sıx şəkildə əməkdaşlıq etdiyini və birgə fəaliyyət göstərdiklərini bildirib. Sonra ittifaq adından fədakar əməyə görə Teatr Muzeyinin rəhbəri Nuridə Nurullayeva, əməkdaşlar Sevinc Kərimova və Rəna Məhərrəmova fəxri fərmanlarla təltif edilib.

Daha sonra çıxış edən Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin direktoru Rafael Hüseynov, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov 75 illik Yubiley münasibətilə respublikanın teatr xadimlərini və bu sahəyə yaxın olan bütün insanları təbrik ediblər. Əlvan Rüstəmov

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi