Modern.az

Türkiyədə Amerika raketlərinin yerləşdirilməsinə etiraz edilir

Türkiyədə Amerika raketlərinin yerləşdirilməsinə etiraz edilir

Dünya

16 Dekabr 2009, 17:17

st1:*{behavior:url(#ieooui) }

Barak Obama administrasiyası  Türkiyə ərazisində Raketdən Müdafiə Sistemlərinin (RƏM) yerləşdirilməsi məsələsini gözdən keçirir. Ankara Vaşinqtonun prezident Barak Obama və baş nazir Rəcəb Tayyib Ərdoğan arasında Ağ evdə keçirilmiş görüşdə  türk tərəfə təqdim etdiyi RƏM layihəsinə təmkinlə yanaşır.  Modern.az-ın Türkiyə mətbuatına istinadən  yaydığı məlumata əsasən, Türkiyədəki diplomatik və hərbi  mənbələr bu məsələyə o qədər də sıcaq yanaşmır. Qaynaqlar RƏM-in İrana qarşı olmasının Ankara - Tehran münasibətlərində ciddi bir gərginliyə səbəb olacağını düşünür. Diplomatik mənbələr bu cür perspektivin Rusiya ilə münasibətlərə zərər vuracağı fikrindədir.  Məsələyə daha ciddi yanaşan türk siyasiləri isə “əgər raket başımız üstündə partlasa, o zaman düşəcək parçalar nə olacaq”-deyə həyəcan təbili qaldırmaqdadır. 

 

Əldə olunan məlumatlara görə, Ankara Vaşinqtonda RƏM proyektilə əlaqədar ABŞ-dan bilgi istəyib və Amerika ilə ikili bir komissiya da yaradıb. İlkin mərhələdə ABŞ-ın RƏM sistemlərini  Ağ dənizdəki gəmilərdə qurmaq, daha sonra isə 2015-ci ilin sonlarında NATO çərçivəsində uzunmüddətli bir baza yaratmaq planları var. 

 

Ankara Vaşinqtondan RƏM sistemlərinin konkrət olaraq kimə qarşı yönəlməsini  dəqiqləşdirmək istəyir. Türkiyədəki hərbi və siyasi dairələr belə bir layihənin Türkiyəni doğrudan da İranın uzaq və qısa mənzilli raketlərinin hədəfinə çevirəcəyi fikrindədir. 

 

Ankaradakı bir hərbi mənbə hesab edir ki, RƏM sistemi İranın İsrailə qarşı  raket zərbəsinin qarsının alınmasına xidmət edir. Ankara İrana yönəlik hərbi əməliyyata qarşı çıxır və belə bir mümkün əməliyyat üçün öz hava sahəsini açmaq barədə təminat vermir. Ankara İran və İsrail arasında hərbi toqquşmada tərəf durumuna düşmək istəmir. Bu o demək deyildir ki, Ankara İranın nüvə proqramı və bu ölkədən gələn raket təhdidləri barədə narahat deyil. İran və Suriyanın raket sistemləri Ankaranı ciddi düşündürən faktordur. Ankaranın hətta dəyəri bir  milyard dollar olan  “Patriot” raketi almaq planı da bu narahatlıqla bağldır. Ankara Rusiya və Çinin RƏM sistemlərinə də maraq göstərir. Lakin bu müdafiə strategiyasının NATO çətiri altında reallaşması məsələsində tərəddüdlər var.

 

Xatırladaq ki, Corc Buş dönəmində RƏM sistemlərinin Şəqi Avropada yerləşdirilməsi  nəzərdə tutulmuşdu. Hakimiyyətə gələn Barak Obama isə Rusiyaya jest edərək RƏM sistemini Polşa və Çexiya ərazisində yerləşdirməkdən vaz keçib. Bu jestlə Obama NATO ölkələrinin müdafiəsi üçün  gerçək təhdidin Rusiyadan deyil, İrandan gələ biləcəyini bəyan edib. Qurulacaq RƏM sisteminin amacı Avropa, Ağ dəniz, Türkiyə və Körfəz bölgəsini qoruyacaq daimi bir “müdafiə arxitekturası”nın yaradılmasıdır. ABŞ 2015-ci ilə qədər Ağ dənizdə 3 Amerika gəmisində mobil RƏM sistemi qurmaq istəyir. Lakin bu stansiyanın qurudan  dəstəklənməsinə ehtiyac var. ABŞ isə bu mənada Türkiyəni gözdən keçirir.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu