Modern.az

Babəkin heykəli ilə bağlı sərəncam niyə icra olunmur? - Heykəltəraş DANIŞDI

Babəkin heykəli ilə bağlı sərəncam niyə icra olunmur? - Heykəltəraş DANIŞDI

Mədəni̇yyət

2 Aprel 2019, 12:19

Prezident İlham Əliyevin 2011-ci ildə Bakıda Babəkin heykəlinin ucladılması ilə bağlı veriyi sərəncam hələ ki icra olunmayıb. Sifarişçisinin SOCAR olduğu heykəlin hazırlanması heykəltəraş Arif Qazıyevə həvalə olunub. Bəzi iddialara görə, heykəl hazır olsa da, sifarişçi onu təhvil almaq istəmir.


Modern.az məsələyə aydınlıq gətirmək üçün heykəltaraş Arif Qazıyevlə əlaqə saxlayıb.

A.Qazıyev hazırda heykəlin hazır olması üçün işlərin davam etdirildiyini bildirib.

“Sifarişçi ilə hər hansı problem yoxdur, iş davam edir. Heykəl gil üzərində işlənilir, sonra qəlibi çıxarılacaq. Daha sonra bürüncdən töküləcək”.

A.Qazıyev qeyd edib ki, heykəl iki aya tam hazır olacaq:

“İki ay sonra heykəli təhvil verəcəyik. SOCAR-ın sifariş verdiyi heykəl Babək prospektində qoyulacaq. Heykəlin memarı Cəlil Hüseynovdur”.

A.Qazıyevin sözlərinə görə, heykəl bürüncdən hazırlanır:

“Babəkin heykəlinin atla birlikdə hündürlüyü 10,5 metrdir. Heykəlin qoyulacağı yer maili olduğu üçün qarşı tərəfdən 9 metr, arxa tərəfdən 6 metrdir”.

Heykəltaraş heykəlin maliyyə tutumu ilə bağlı məlumatsız olduğunu vurğulayıb:

“Proseslərin hamısının özünün maliyyə xərcləri var. Bu barədə bilgiyə sahib deyiləm”. 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub