Modern.az

Paşinyan aprel döyüşlərindən DANIŞDI: “Nəticə çıxarmalıyıq”

Paşinyan aprel döyüşlərindən DANIŞDI: “Nəticə çıxarmalıyıq”

2 Aprel 2019, 12:34

Ermənistan baş naziri Nikol Paşinyan və hökumət üzvləri aprel döyüşlərinin 3 illiyi ilə bağlı Yerevanda “Yerablur” hərbi qəbirstanlığını ziyarət edib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Paşinyan baş verənlərə qiymət verilməli olduğunu söyləyib:

“Biz baş verənləri anlamalı və nəticə çıxarmalıyıq. Danışıqlar prosesi davam etməlidir, amma biz anlamalıyıq ki, münaqişə həll olunmadıqca, hadisələrin istənilən inkişafına hazır olmalıyıq”.

 

Xatırladaq ki, 2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğratdı. Nəticədə cəbhənin Füzuli, Cəbrayıl və Tərtər  istiqamətində işğal altındakı ərazilərimizin 2000 hektardan çox hissəsi düşmən tapdağından azad edildi.


Uğurlu əməliyyatlar nəticəsində Naftalan şəhərinə təhlükə yaradan Talış yüksəkliyi işğalçılardan təmizləndi. Həmçinin Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Lələtəpə yüksəkliyi də düşməndən təmizləndi. Eyni zamanda Lələtəpə yüksəkliyinin azad edilməsi nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mülki əhalinin yaşayışı üçün təhlükə tamamilə aradan qaldırıldı.

Ordumuzun qəti zərbələri nəticəsində düşmənin 30-dək tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası sıradan çıxarıldı, 320 hərbçisi məhv edildi, 500-dən artıq döyüşçüsü yaralandı.

Məhz bu döyüşlər sayəsində Azərbaycanın əsgər və zabitləri işğalçı Ermənistan rəhbərliyinin uzun illər öz ordusu haqqında formalaşdırdığı mifi darmadağın etdilər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?