Modern.az

Prezident Heydər Əsədovu rektor təyin etdi - DOSYE  

Prezident Heydər Əsədovu rektor təyin etdi - DOSYE   

3 Aprel 2019, 13:14

Prezident İlham Əliyev keçmiş kənd təsərrüfatı naziri Heydər Əsədovla bağlı sərəncam imzalayıb. 

Modern.az xəbər verir ki, sərəncamla Heydər Xanış oğlu Əsədov Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilib.

Heydər Əsədov 1959-cu il oktyabr ayının 24-də anadan olub. 1978-ci ildə Bakı Sovet Ticarəti Texnikumunun mühasibat uçotu fakültəsini, 1983-cü ildə isə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini bitirib.

1978-1984-cü illərdə İnstitutda oxuduğu illərdə fəhlə, mühasib, böyük mühasib, böyük təftişçi vəzifələrində çalışıb. 1983-1992-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda müəllim, baş müəllim vəzifələrində işləyib, 1987-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edərək, iqtisad elmləri namizədi alimlik dərəcəsini alıb.

1992-1995-ci illərdə Türkiyənin Mərmərə Universitetinin doktorantı olub.

1995-ci ildə Azərbaycan Prezidentinin sərəncamı ilə maliyyə nazirinin müavini təyin edilib, 1996-2007-ci illərdə Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığının Baş direktoru, maliyyə nazirinin müavini, 2007-2013-cü illərdə isə Hesablama Palatasının sədri vəzifələrində çalışıb.

22 oktyabr 2013-cü ildən 2018-ci ilin apreloinədək kənd təsərrüfatı naziri vəzifəsində çalışıb.

2011-ci ildə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub. 3 monoqrafiyanın və 30-dan çox elmi əsərin müəllifidir.

Ailəlidir. Üç övladı var.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub