Modern.az

İsveçdə yaşayan azərbaycanlı xanım vəzifəyə təyin olundu

İsveçdə yaşayan azərbaycanlı xanım vəzifəyə təyin olundu

3 Aprel 2019, 15:24

İsveç Krallığında yaşayan Azərbaycan diasporunun tanınmış təmsilçisi və lobbiçisi, Stokholm bələdiyyəsinin dövlət qulluqçusu Leyla Kiani 5 müsahibədən, imtahanlardan, psixoloji və İQ testlərindən uğurla keçərək Stokholm şəhəri Östermalm, Norrmalm və Kunqsholm birləşmiş bələdiyyəsinin sosial şöbəsində şöbə rəisi vəzifəsinə təyin olunub.

Bu barədə Modern.az-a diaspor üzrə araşdırmaçı jurnalist Elnur Eltürk məlumat verib.

Leyla Kiani Sosial-Demokrat Partiyasının fəal üzvlərindəndir. O, partiyanın xətti ilə bu il mayın 26-da İsveçdə keçiriləcək Avropa parlamentinə seçkilərdə seçki koordinatoru təyin olunub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi