Modern.az

Dəyişdirilən quş adlarını Qara Mustafayev qoyubmuş - Mərhum professor günahlandırıldı

Dəyişdirilən quş adlarını Qara Mustafayev qoyubmuş - Mərhum professor günahlandırıldı

Ölkə

5 Aprel 2019, 12:28

Azərbaycan Milli Elmlər Akademiyasının iclasında müzakirəyə çıxarılmış 20 quş növünün adı ornitoloqlar tərəfindən dəyişdirilib. Bu siyahıda olan əvvəlki adı ilə maygülü, böyük qartalça, ördəktutan qızılquş, qəşəng durna kimi quşların yeni adları sosial şəbəkələrdə müzakirələrə səbəb olub.


Modern.az
bu kimi quş növlərinin adlarının dəyişdirilməsinin səbəblərini öyrənmək məqsədilə Azərbaycan Ornitoloji Cəmiyyətinə müraciət edib. Cəmiyyətin sədri Elçin Sultanov açıqlamasında həmin quş adlarının dəyişdirilməsini AMEA ilə birlikdə həyata keçirdiklərini diqqətə çatdırıb:


“AMEA bu addımı özbaşına atmayıb. Azərbaycanda 400-dən artıq quş növü var. Onların əksəriyyətinin el arasında adı yoxdur. Məsələn, bütün sərçəkimi quşlara el arasında ya sərçə, ya da bülbül deyirlər. Halbuki,  sərçəkimilər növünə aid olan 200-dən çox quş var. Quşlara elmi adların qoyulması, insanlar arasında bu adların yayılması məsələsi hələ Sovet dövründən var. 1941-ci ildə bizim ilk ornitoloqumuz Kamal Qənbərov “Azərbaycanın sərçəkimiləri kataloqu”nu yazmışdı.  Kataloq rusca olsa da, sərçəkimi quşların, o vaxt 147 növ idi, hamısının azərbaycanca adı verilmişdi.
AMEA 1977-ci ildə “Azərbaycan faunası” adlı böyük kitab hazırladı. O kitabda həmin vaxt mövcud olan 358 quş növünün adı verilib. Bunu həmin dövrdə çalışan ornitoloqlar - D.Tuayev, A.Xanməmmədov, Q.Mustafayev, K. Qəmbərov hazırlamışdı.

Təxmini 10-15 il əvvəl bizim tanınmış professor Qara Mustafayev bu adları rədd etdi, özbaşına quşların yeni adlarını icad etdi. Bir çox növün təxmini yarısının adını dəyişdirdi, öz dərsliklərinə əlavə etdi. O, tələbələri, müəllifləri məcbur ediridi ki, bu adları istifadə etsinlər. Hətta televiziyalarda da həmin adların səslənməsinə səy göstərirdi. Quş adlarının bəziləri elə eybəcər səslənirdi ki, adlar süni idi, 2-3 sözün birləşməsindən yaradılmışdı. Dəmircaynaq, susüpürən, maygülü kimi alar qoymuşdu. Amma bu adlar həm xalq, həm də alimlər içərisində birmənalı qarşılanmamışdı. Çünki bu kimi məsələlərdə adətən tək qərar verilmir, ornitoloqlar bir yerə yığışıb qərar verirlər”.



Elçin Sultanov deyib ki, təxminən 2 il əvvəl AMEA Zoologiya İnstitutu  Azərbaycan Ornitoloji Cəmiyyətə müraciət edib ki, adlar məsələsinə yenidən baxılsın:

“Ona görə, ornitoloqlar, professionallar yığıldıq, adları hazırlayıb AMEA-ya siyahı verdik. 2 il AMEA-da müzakirədən sonra dəqiqləşdirildi və quşların adları dəyişdirildi. Məsələn, maygülü quşunun adının dəyişdirilməsini tənqid edirlər. Amma maygülü dedikdə, Azərbaycanın bəi rayonlarında insanlar gülməyə başlayırlar. Ona görə, maygülü və digər quşların adlarının dəyişdirilməsi zərurətdən yaranmışdı”.

 
Azərbaycan Milli Elmlər Akademiyasının iclasında müzakirəyə çıxarılmış 20 quş növünün adı oriontoloqlar tərəfindən dəyişdirilib. Siyahı aşağıdakı kimidir:

 

Köhnə adlar       Yeni adlar
Maygülü       batağan
Böyük qartalca, çığırğan qartalca       Böyük xallı qartal
Ördəktutan qızılquş, ördəktutan       sərçəçalan
Qəşəng durna       Telli durna
Cek, gözəl cek       gözəl dovdaq
Trinqa       otluq cüllütü
Bekas       meşə cüllütü
Sterna       Sümrü
Adi sitta       adi fitçi
Qırmızıqanad tixodrom       qırmızqanad qaya quşu
Kölgəlik yarpaqgüdəni       Sin-sin yarpaqgüdəni
İlanboyun       adi buruqboyun
Alacəhrə       alaçöhrə
Toğlugötürən       saqqallı kərkəs
Leşyeyən qartal       leşyeyən ağkərkəs
Sultan toyuğu       Sultan quşu
Torağay       turağay
Sarıdimdik qarğa       Sarıdimdik dolaşa
Tuvik       Tüviy
Anqut       qırmızı ördək


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir